Please use this identifier to cite or link to this item:
http://dspace.azjhpc.org/xmlui/handle/123456789/122
Title: | QUYULARIN BİR İSTİSMAR OBYEKTİNDƏN DİGƏRİNƏ KEÇİRİLMƏSİ ŞƏRTLƏRİ |
Authors: | Rzayev, Elşən Elbrus |
Keywords: | quyuların başqa horizontlara qaytarılması;istismar obyektinin dəyişdirilməsi şərtləri;qaytarma əməliyyatının həyata keçirilməsi qaydaları |
Issue Date: | 1-May-2023 |
Publisher: | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Abstract: | Müasir dövrdə neft-qaz sektorunda bir sıra problemlər mövcuddur. Bu problemlərə misal olaraq istismar olunan quyuların yetərincə istismar edilə bilməməsi başqa sözlə desək quyularda kifayət qədər çıxarıla bilməyən qalıq neft ehtiyatının olmasını, proseslər zamanı neft-qaz itkilərinin olmasını göstərə bilərik. Praktika onu göstərir ki, istismar olunan quyular 40-45% miqdarında istismar oluna bilir. Ən yüksək göstərici isə Suraxanı yataqlarından birində 72-73% müşahidə edilmişdir. İstismar zamanı müşahidə edilən hallardan biri də quyuların başqa horizonta qaytarılması əməliyyatıdır. Bütün yataqların işlənməsini daha geniş əhatə etmək və mövcud quyuların ehtiyatından daha səmərəli istifadə etmək məqsədi ilə adətən çoxlaylı neft-qaz yataqlarında qaytarma işləri aparılır.Quyularda qaytarma işləri yuxarı və ya aşağı laya keçməklə olur. Quyunun bir obyektdən yuxarıda və ya aşağıda yerləşən digər layın işlənməsinin bu və ya digər səbəbdən müvəqqəti və ya tam dayandırılması ilə əlaqədar olaraq həyata keçirilir.Quyuların başqa horizonta qaytarılması neft-qaz-kondensat, suvurucu və nəzarət quyularının digər neftli və ya qazlı horizontlara qaytarılması, işlənmə obyektinin neft, qaz-kondensat ehtiyatının tükənməsi, hasilatın rentabellik səviyyəsinin aşağı düşməsi, kontur və ya laya vurulan su ilə sulaşması, texniki səbəbdən quyunun həmin horizontdan istismarı mümkün olmadıqda yerinə yetirilir. Quyuların qaytarılması geoloji və texniki səbəblərdən həyata keçirilir. |
URI: | http://dspace.azjhpc.org/xmlui/handle/123456789/122 |
Journal Title: | "Şuşa İli" - nə həsr olunmuş TƏLƏBƏLƏRİN 71-Cİ ELMİ-TEXNİKİ KONFRANSININ MATERİALLARI |
First page number: | 137 |
Last page number: | 142 |
Number of pages: | 6 |
Appears in Collections: | Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Şuşa ili"-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi-Texniki Konfransı |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Paper 25.pdf | 563.85 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.