Please use this identifier to cite or link to this item:
http://dspace.azjhpc.org/xmlui/handle/123456789/158
Title: | BAKI ARXİPELAQI STRUKTURLARININ İNKİŞAFININ PALEOTEKTONİK ŞƏRAİTİ |
Authors: | Əliyeva, S.Ə. Abdullayeva, G.S. |
Keywords: | Bakı arxipelaqı;Məhsuldar qat;palinspastik analiz;dislokasiya;karbohidrogen yığımları;alt Pliosen |
Issue Date: | 1-May-2023 |
Abstract: | Məqalədə Bakı arxipelaqının şimal-qərb zonasının paleotektonik inkişaf xüsusiyyətləri və Məhsuldar qat (MQ) çöküntülərinin toplanması şəraiti təhlil edilmişdir. Bəndovan-quru, Hamamdağ-dəniz, Ələt-dəniz, 8 Mart qırışıqları üzrə paleoprofillər tərtib olunmuşdur. Qırışıqların inkişafını daha aydın təsəvvür etmək üçün, palinspastik analizdən istifadə edilmişdir. Palinspastik rekonstruksiyalardan istifadə etməklə Bakı arxipelaqının antiklinallarının inkişaf tarixinin tədqiqinin həmişə olduğu kimi qədimdən deyil, daha gənc stratiqrafik vahidlərdən başlamaq zərurətini göstərir, çünki yalnız bu halda zamana görə kəsilişin məhdudlaşmasının maksimum kəmiyyət qiymətini aşkar etmək olar. Beləliklə, palinspastik və adi üsulla paleoprofillərin qurulması strukturların tağ hissələrinin inkişafını izləməklə yanaşı, ayrı-ayrı tektonik elementlərin inkişafını vaxtında aşkar etməyə imkan verir. Bu, onların işlənmə mexanizmini düzgün açmağa, karbohidrogen yığımlarının əmələ gəlməsində mühüm rol oynayan bəzi məqamları müəyyən etməyə, kəşfiyyat və kəşfiyyat qazma işlərinin rasional istiqamətlərini qeyd etməyə əsas verir. |
URI: | http://dspace.azjhpc.org/xmlui/handle/123456789/158 |
Journal Title: | "Şuşa İli" - nə həsr olunmuş TƏLƏBƏLƏRİN 71-Cİ ELMİ-TEXNİKİ KONFRANSININ MATERİALLARI |
First page number: | 48 |
Last page number: | 53 |
Number of pages: | 6 |
Appears in Collections: | Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Şuşa ili"-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi-Texniki Konfransı |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Paper 9.pdf | 345.67 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.