Please use this identifier to cite or link to this item: http://dspace.azjhpc.org/xmlui/handle/123456789/160
Title: ABŞERON YARIMADASINDA BAŞ VERƏN EKZOGEN GEOLOJİ PROSESLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Kərimov, V. M.
Tağıyev, A.Ş.
Kərimov, N.İ.
Keywords: kollektor drenaj;istinad divarları;sürüşmə hadisəsi;qrunt suları
Issue Date: 1-May-2023
Abstract: Abşeron yarımadasının ərazisində müasir fiziki-geoloji proseslər geniş yayılmışdır. Təsərrüfata böyük ziyan vuran bu hadisələrdən sürüşmə, sel, torpaqların şoranlaşması, qrunt sularının çirklənməsi, dağılma, eroziya, eol prosesləri və s. kimi hadisələri ayırmaq olar. Abşeronda baş verən sürüşmə, su daşqınları, bataqlıq, şoranlaşma, eroziya, eol prosesləri və digər müasir fiziki-geoloji hadisələr daim öyrənilməli və şəraitdən asılı olaraq konkret tədbirlər həyata keçirilməlidir. Əks halda, milli iqtisadiyyata böyük ziyan dəyə bilər, hətta insan tələfatı da gözlənilə bilər. Bu səbəbdən də Abşeron yarımadasının mühəndisi geoloji şəraiti öyrənilmişdir. Tədqiqat ərazisində ekzogen geoloji proseslərin, xüsusilə də sürüşmə hadisələrinin geniş yayılması izlənilmişdir. Ərazidə mühəndisi geoloji tədqiqatların aparılması bunu deməyə imkan verir ki, mühəndisi geoloji şəraitin yaxşılaşdırılması üçün əvvəlcə tədqiqat sahəsində sürüşməyə meylli ərazilərin yamac hissəsində heç bir tikintiyə icazə verilməməlidir, sürüşmə sahələrində mühkəmləndirmə tədbirləri, o cümlədən, istinad divarların ana süxurlara qədər salınması, kollektor drenaj şəbəkəsinin qurulması və s. tədbirlər görülməlidir.
URI: http://dspace.azjhpc.org/xmlui/handle/123456789/160
Journal Title: "Şuşa İli" - nə həsr olunmuş TƏLƏBƏLƏRİN 71-Cİ ELMİ-TEXNİKİ KONFRANSININ MATERİALLARI
First page number: 21
Last page number: 26
Number of pages: 6
Appears in Collections:Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Şuşa ili"-nə həsr olunmuş Tələbələrin 71-ci Elmi-Texniki Konfransı

Files in This Item:
File Description SizeFormat 
Paper 4.pdf1.41 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.