Please use this identifier to cite or link to this item: http://dspace.azjhpc.org/xmlui/handle/123456789/443
Title: SÜNİ İNTELLEKT BAZARININ İNKİŞAFI TENDENSİYALARININ TƏHLİLİ
Authors: Mustafayev, Mahammad
Keywords: süni intellekt;ChatGPT;texnoloji inkişaf;investisiya;bazar payı;avtomatlaşdırma
Issue Date: 7-Jun-2024
Publisher: Azerbaijan State Oil and Industry University
Abstract: Süni intellektin həyatımızdakı rolu və əhəmiyyəti gündən-günə artmaqdadır. Artıq təhsil, marketinq, dizayn və sairə sahələrdəki süni intellektlər qısa zaman müddətində bir-birindən cəlbedici işlər ortaya qoyur, əməliyyatlar aparır və insanın reallaşdırması günlər çəkən əməliyyatları minimal xəta ilə və ya xətasız saniyələr içərisində yerinə yetirir. Məqaləmin mövzusunun aktuallığı məhz süni intellektə olan maraq və süni intellektin iqtisadiyyata olan müvafiq töhfəsi ilə əlaqəlidir. Məqalədə süni intellekt bazarının müxtəlif göstəricilərinin statistik analizi aparılmışdır. Həmçinin, süni intellektə yatırılan investisiyaların ÜDM-də payı kimi göstəricilər əsasında onun iqtisadiyyata olan töhfəsi araşdırılmışdır. Müəyyən edilmişdir ki, süni intellekt bazarı ildən-ilə genişlənməkdədir və əmək bazarının demək olar bütün sahələrinə yansımaqdadır. Süni intellektin populyarlaşmasının hələ ilk ilində ÜDM-nin təxminən 1%-i ətrafında mövqe tutması onu göstərir ki, yaxın zamanda bu texnoloji tərəqqinin töhfəsi müqayisə olunmayacaq səviyyədə yüksələcəkdir. Təbii ki, süni intellektin bu qədər populyarlaşmasının üstün cəhətləri ilə yanaşı, qısamüddətli dövrdə əmək bazarını kökündən dəyişməsi, məxfilik və təhlükəsizliyə təhdid kimi bu və digər problemləri də mövcuddur. Lakin hökumətlər müxtəlif tənzimləyici qərarlar qəbul etdikcə və eyni zamanda işçilər peşə seçimi edərkən süni intellektin üstünlüklərini nəzərə aldıqca, düşünürəm ki, bu problemlərin həlli uzun zaman almayacaq və süni intellektin iqtisadiyyata olan qatqısı əhəmiyyətli dərəcədə artacaqdır.
URI: http://dspace.azjhpc.org/xmlui/handle/123456789/443
Journal Title: İnternational conference on the topic of İnformation Technology Trends dedicated to the 101 st anniversary of Heydar Aliyev
Volume: 1
Issue: 1
First page number: 221
Last page number: 229
Number of pages: 9
Appears in Collections:International Conference on the Topic of Information Technology Trends Dedicated to the 101st Anniversary of Heydar Aliyev

Files in This Item:
File Description SizeFormat 
komf mater Fin 2025 docx-221-229.pdf495.82 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.