Please use this identifier to cite or link to this item:
http://dspace.azjhpc.org/xmlui/handle/123456789/501
Title: | OĞUZ RAYONUNUN RELYEFİNİN ÜFİQİ PARÇALANMASININ GİS TEXNOLOGİYASI ƏSASINDA MORFOMETRİK TƏDQİQİ VƏ XƏRİTƏLƏŞDİRİLMƏSİ |
Authors: | Həmzəyeva, İnsaf Həmzəyeva, Aydan |
Keywords: | Oğuz;müasir;landşaft;GİS;morfometrik;tədqiqat |
Issue Date: | 7-Jun-2024 |
Publisher: | MAKA Ekologiya İnstitutu |
Abstract: | Oğuz rayonu əlverişli coğrafi mövqeyə malikdir. Oğuz rayonu 1991-ci ilin fevral ayının 7-nə kimi Vartaşen rayonu adlandırılmışdır. Respublikamızın landşaft strukturu kifayət qədər mürəkkəb olub, bütövlükdə təsərrüfat işlərinin təşkili üçün kifayət qədər əlverişlidir. Relyefi, xüsusən də onun morfometrik göstəricilərini bilmədən mülki və hərbi işləri əlverişli təşkil etmək olmaz. Buna görə də relyefin ən müasir texnologiya əsasında morfometrik təhlili böyük aktuallıq kəsb edir. Tədqiqatın metodikası (üsullar çoxluğu) belə tədqiqatların aparılması üçün iki üsul vardır: klassik və müasir. Klassik üsulla morfometrik tədqiqatlar əl ilə və bir sıra köməkçi vasitələrlə yerinə yetirilir. Belə tədqiqatlar çox zəhmət və vaxt tələb etməsi, az dəqiqliyi ilə fərqlənir. Müasir tədqiqatlar CİS texnologiyası ilə yerinə yetirlir. Morfometrik tədqiqatlar topoqrafık və tematik xəritələr, aerokosmik şəkillər və s. üzərində aparılan kartometrik işlər əsasında yerinə yetirilir. Təbii haldır ki, iri miqyaslı kartoqrafik mənbələr üzərində görülən işlər çox zəhmət və vaxt tələb edir, onun nəticəsi dəqiq olur. Kartoqrafik mənbənin miqyasının seçilməsi işin məqsəd və vəzifəsindən asılıdır. GİS texnologiyasının təhlili göstərir ki, o morfometrik tədqiqatların alətlərlə yerinə yetirilməsi üçün çox yaxşı vasitədir. Onun ən mühüm üstünlüyü əl əməyinin minimuma endirilməsidir. O, morfometrik göstəricilərin işlənməsini (emalını) asanlaşdırır və tezləşdirir.GİS texnologiyasından morfometrik tədqiqatlarda istifadə etmək üçün birinci iş relyefin üç ölçülü modelinin (3D) yəni relyefin rəqəmsal modelinin yaradılmasıdır. Yəni, yer səthinin analoji fasiləsiz modelindən yer səthinin optimal formasını əks etdirən nöqtələr çoxluğuna keçiddir.Relyefin üçölçülü modelinin yaradılması üçün horizontallardan, yüksəklik qiymətlərindən, su kəsiminin qiymətlərindən, çöl nivelirləmə materiallarından, GPS müşahidələrindən istifadə olunur. Respublikamızın relyefi kifayət qədər mürəkkəb olub, bütövlükdə təsərrüfat işlərinin təşkili üçün lazimı dərəcədə əlverişlidir [3]. |
URI: | http://dspace.azjhpc.org/xmlui/handle/123456789/501 |
Journal Title: | International Conference on the Topic of Information Technology Trends Dedicated to the 101st Anniversary of Heydar Aliyev |
Volume: | 1 |
Issue: | 1 |
First page number: | 202 |
Last page number: | 207 |
Number of pages: | 6 |
Appears in Collections: | International Conference on the Topic of Information Technology Trends Dedicated to the 101st Anniversary of Heydar Aliyev |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
komf mater Fin 2025 docx-202-207.pdf | 723.94 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.